"Kəpəz" geri qayıdır

Bu gün “Kəpəz” Türkiyədəki təlim-məşq toplanışını başa vuraraq vətənə qayıdır. Komanda Ərzurumda olduğu 10 gün ərzində gündə iki dəfə məşq edib. Futbolçular fiziki, texniki və taktiki çalışmalar üzərində işləyib.
 

Newsport.az-ın məlumatına görə, Ərzurum hazırlığı dövründə “sarı-göylər” 3 yoxlama oyunu keçiriblər. Gəncə klubuTürkiyənin 1-ci Liqa təmsilçiləri ilə qarşılaşıb. “Kəpəz” ilk oyunda “Samsunspor” (1:2), daha sonra “Ankaragücü” (0:2), son yoxlama matçında isə “Elazığspor” (0:0) ilə görüşüb.

“Kəpəz” artıq 3 ildir ki, mövsüm öncəsi yay təlim-məşq toplanışını Ərzurumda keçirir. Komanda bu dəfə də Türkiyəni xoş təəssüratlarla tərk edir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right