Makedoniya millisinin sabiq üzvünün “Qarabağ”dakı işi müəyyənləşdi

Makedoniya millisinin sabiq üzvü, uzun müddətdir ki, “Bakı”da qapıçılar üzrə məşqçi işləyən Muarem Zekirin Azərbaycanda yeni iş yeri rəsmən müəyyənləşib.

Newsport.az-ın məlumatına görə,  Zekir bundan sonra “Qarabağ” klubunda çalışacaq. Məşqçi sabahdan etibarən işinin icrasına rəsmən başlayacaq. Sabiq futbolçu “Qarabağ”ın 9, 10, 11 yaşlı futbolçulardan ibarət komandalarında qapıçıların hazırlığına nəzarət edəcək.

Qeyd edək ki, Zekir “Bakı”da əsas komandada çalışıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right