"İnter" Zaur Svanadze ilə bağlı qərarını verdi

Bakının "İnter” klubu komandanın baş məşqçisi Zaur Svanadze ilə yeni müqavilə bağlayacaq. 

Newsport.az -ın məlumatına görə, klubun mətbuat xidmətindən verilən məlumata görə, rəhbərlik gürcüstanlı mütəxəssislə işləməkdə maraqlıdır. Yaxın günlərdə onunla müqavilə imzalanacağı gözlənilir.

Sabah komanda yeni mövsümün hazırlıqlarına başlayacaq.

Qeyd edək ki, 59 yaşlı Svanadze 2015-ci ildən “İnter”i çalışdırır. Ötən ay paytaxt klubu ilə müqaviləsi başa çatan məşqçinin göndəriləcəyi haqda xəbərlər yayılmışdı.(qol.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right