"Qarabağ" əks hücumlarda daha təhlükəli olur” - "Şerif"in kapitanı

“İlk dəfədi Bakıya gəlirəm. Bura çox gözəl şəhərdi”.

Newsport.az xəbər verir ki, bu sözləri “Şerif”in futbolçusu Mateo Suşiç deyib.

Moldova klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Qarabağ”ın qonağı olacaq.

Oyundan bir gün öncə keçirilən mətbuat konfransında iştirak edən bosniyalıə futbolçu fikirlərini bildirib. O, yaxşı nəticə əldə etmək istədiklərini deyib: "İstərdim ki, sabah yaxşı nəticə əldə edək. “Qarabağ” komanda olaraq yaxşı təsir bağışlayır. Rəqib xüsusilə, əks hücumlarda daha təhlükəli olur”.

Qeyd edək ki, qarşılaşma saat 21:00-da başlayacaq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right