"Bizi Bakıda 0:0 hesabı qane edir" - "Şerif"in baş məşqçisi

"Bizi çətin oyun gözləyir".

Newsport.az saytının məlumatına görə, bu sözlər “Şerif”in baş məşqçisi Roberto Bordinə məxsusdur.

Moldova klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Qarabağ”ın qonağı olacaq. Oyundan bir gün öncə baş tutan mətbuat konfransında çıxış edən mütəxəssis fikirlərini bildirib:  "Qarabağ"ın güclü komanda olduğunu bilirik. Çətin olsa da, düşünürəm ki, maraqlı qarşılaşma olacaq".

- Cütün favoritini "Qarabağ" hesab etmək olarmı?

- Bəli, "Qarabağ"ın üstünlüüyü ondadır ki, ilk matçı evdə oynayır. Ancaq səfər matçına hazırıq. Bizi Bakıda qolsuz heç-heçə qane edir. Cavab oyununda uğurlu nəticə qazanmağa çalışacağıq.

- "Qarabağ"ın hansı üstün cəhətlərini qeyd edə bilərsiniz?

- Hər şeydən öncə çox güclü rəqibdi. Topla oynamağı çox xoşlayır. Hücum etmək anını gözləyir. "Qarabağ"da futbolçuları fərdi planda fərqləndirmək istəmzdim. "Qarabağ" komanda kimi güclüdür, yaxşı hücumlar qurur.

- "Qarabağ"a qarşı hansı sürpriziniz varmı?

- (gülür) Bunu indi demirlər. Sürprizlər oyun zamanı meydanda olur. 

- Bakıya gələn rəqiblər adətən isti havadan şikayətlənir. Bəs siz necə?

- Biz Tiraspolda da da isti havada oynayırıq. İsti olsa, hər iki komandaya problem yaradacaq. Bildiyimə görə, sabah hava kükəkli olacaq. Rütubət olsa, hər iki komandaya çətin olacaq.

- Çempionatdan son turlarda xal itkirləriniz mənfi təsir göstərə bilərmi?

- Biz son turda axırıncı dəqiqələrdə qol buraxdıq. Artıq həmin oyunu unutmuşuq, gələcəyi düşünürük. 

- Azərbaycandan fərqli olaraq Moldovada yeni mövsüm başlayıb, artıq 3 tur arxada qalıb. Bu, sizə "Qarabağ"la oyunlarda əlavə üstünlük yarada bilərmi?

- Artıq vərdiş etmişik ki, bizi hər həftə 2 oyun gözləyir. Futbolçularımız sıx qrafikə öyrəşib. Onların bərpa olunmağa vaxtı olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right