"Sumqayıt"ın "Sivasspor"a 4 qolla uduzduğu oyun

Növbəti mövsümə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçına çıxıb.
 

Newsport.az-ın məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda Super Liqa təmsilçisi "Sivasspor"la üz-üzə gəlib. Bolu "Thermal Hoteli"nin stadionunda keçirilən qarşılaşma təmsilçimizin böyükhesablı məğlubiyyəti ilə başa çatıb - 0:4. 
1967-ci ildə əsası qoyulan “Sivasspor” 2016/17 mövsümünü Türkiyə 1-ci liqasını lider olaraq tamamlayıb və Super Liqaya yüksəlib.
"Sumqayıt" (Azərbaycan) - "Sivasspor" (Türkiyə) - 0:4
Qollar:
 Leandrinyo, 12, Kalip Güzel, 50, Arslan, 71, Mutlu, 84

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right