"Qarabağ"ın yeni transferi Ağdamın işğalından yazdı FOTO

"Qarabağ"ın yeni transferi Yakub Jezniçak dünən Ağdam rayonunun Ermənistan hərbçiləri tərəfindən işğal olunmasının 24-cü ildönümünə biganə qalmayıb.

Newsport.az-ın məlumatına görə, polşalı müdafiəçi şəxsi "facebook" hesabından rəhbərlik və bir neçə futbolçu ilə birlikdə ziyarət etdiyi Şəhidlər Xiyabanının şəklini paylaşıb. 31 yaşlı oyunçu şəklin üzərinə isə bu sözləri yazıb: “24 il keçdi... Bu gün “Qarabağ” klubunun doğma məmləkəti olan Ağdamın ermənilər tərəfindən işğal olunduğu gündür”.

Qeyd edək ki, Yakub Jezniçak “Qarabağ”a bu yay “Legiya”dan keçib.

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right