Yakub Jezniçakdan Ağdam paylaşımı

Bu gün Ağdam rayonunun ermənilər tərəfindən işğalından 24 il ötür.

Newsport.az-ın məlumatına görə, “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl, klubun direktoru Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov, futbolçular və azarkeşlər bu gün Şəhidlər Xiyabanını ziyarət edib. Şəhidlərimizin ruhunu yad edən “Qarabağ” camiəsi daha sonra Ağdamın işğalından danışıb. Komandanın yeni transferlərinə də Qarabağda törədilən faciələr haqda məlumat verilib.

Bu yay komandaya cəlb olunan polşalı müdafiəçi Yakub Jezniçak isə bununla bağlı "Facebook"dakı rəsmi səhifəsində xüsusi paylaşım da edib. O, Şəhidlər Xiyabanındakı ziyarət zamanı çəkilmiş şəkillərdən birini paylaşaraq bunları qeyd edib: "Ağdamın Ermənistan tərəfindən işğalından 24 il keçir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right