Dani Kintana: "Qurban Qurbanovun qərarından çox şey aslı olacaq"

“Qarabağ”ın fan şopunun rəsmi açılışı olub.

Newsport.az-ın məlumatına görə, “Park Bulvar AVM”in 2-ci mərtəbəsində yerləşən rəsmi mağazanın açılışında klubun ispaniyalı legioneri Dani Kintana da iştirak edib. yarımmüdafiəçi mərasimdə jurnalistlərin suallarını cavablandırıb:

- Uzun müddətdir oynamırsız. Zədəniz nə yerdədir?

- Komanda ilə məşqlərə başlamışam. 2-3 həftəyə tam hazır olacağımı düşünürəm. Təbii ki, baş məşqçimiz Qurban Qurbanovun da qərarından çox şey aslı olacaq.

- “Şerif”lə cavab matçında sizi meydanda görə biləcəyik?

- İlk oyunda oynamaycağım dəqiqdir. Cavab matçında ola bilsin ki, oynayım. Amma bu da çox da inandırıcı görünmür. Çünki məşqlərə təzə start vermişəm.

- Özünüzü necə hiss edirsiniz?

- Hər şey yaxşıdır. Özümü yaxşı hiss edirəm. 6 ay idi ki, futbolsuz idim. Artıq həkimlər oynamağıma icazə veriblər. Problem qalmayıb.

- “Şerif”lə matçlar barədə nə düşünürsüz?

- “Şerif”in oyunları izləyirik. Rəqibimiz gücülüdür, amma keçmək şansımız var. Ancaq qıraqdan göründüyü kimi asan gəlməsin.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right