“Sumqayıt” Boludakı 8-ci gününü tək məşqlə başa vurdu

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” bu günü 1 məşqlə başa vurub.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Samir Abasovun rəhbərliyi altında axşam məşqinə çıxan futbolçular daha çox toplu çalışmalara və taktiki gedişlərə üstünlük veriblər. Təxminən 1,5 saat davam edən məşqin sonunda ikitərəfli oyun keçirilib.

Qeyd edək ki, “Sumqayıt” sabah Boluda səhər məşqi və yoxlama oyunu keçirəcək. Rəqib Türkiyənin "Sivasspor" klubu olacaq. 

Bu arada “Sumqayıt”ın əvəzediciləri 2017/18 mövsümü üçün hazırlıq prosesinin 2-ci mərhələsini başa vurub. 10 günlük təlim-məşq toplanışı çərçivəsində komanda 4 yoxlama görüşündə qüvvəsini sınayıb. Belə ki, iyulun 15-i “Neftçi”nin əvəzediciləri ilə (1:1), 18-i “Qarabağ”ın U-19 komandası ilə (1:1), 20-si “Qəbələ”nin əvəzediciləri ilə (1:3) oynayan Elbrus Məmmədovun yetirmələri son yoxlama görüşü çərçivəsində “Zirə”nin əvəzediciləri ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, 3 günlük istirahətin ardından əvəzedicilər 2017/18 mövsümü üçün məşqlərə başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right