"Neftçi" "Zirə"yə qalib gəldi

Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan "Neftçi" və "Zirə" komandaları arasında yoxlama görüşü baş tutub. 

Newsport.az-ın məlumatına görə, qarşılaşma İsmət Qayıbosv adına stadionda keçirilib.

Dünən Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə “Astra” ilə heç-heçə edib, iki oyunun nəticəsinə görə mübarizəni dayandıran “Zirə”də baş məşqçi Ayxan Abbasov ötən gün meydana çıxan futbolçulara istirahət verib. "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev isə qarşılaşmada demək olar ki, ixtiyarında olan bütün futbolçuların xidmətindən istifadə edib. 

Matç "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right