"Neftçi" Almaniya klubu ilə qarşılaşacaq

Yeni mövsümün hazırlıqlarını iyulun 24-dən etibarən Avstriyada davam etdirəcək "Neftçi"nin yoxlama görüşlərindəki rəqiblərindən daha birinin adına aydınlıq gəlib.  

Newsport.az-ın məlumatına görə, "ağ-qaralar" ayın 26-da Almaniyanın "Şalke” klubu ilə yoxlama oyunu keçirəcək. Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2/3-də baş tutacaq.

Paytaxt klubunun Kirxdorf bölgəsindəki digər rəqiblərindən də biri Almaniya təmsilçisi "Herta" olacaq. Üçüncü rəqib axtarışı isə davam edir. "Neftçi” avqustun 4-də Avstriyadakı hazırlığı başa vuraraq Bakıya qayıdacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right