"Heç kimdən heç nə gizlətmirik" Rəşad Sadıqov

"Zirə" Avropa Liqasının II təsnifat mərhələsində Rumıniyanın "Astra" klubuna iki oyunun nəticəsinə görə uduzaraq mübarizəni dayandırıb.

Newsport.az-ın məlumatına görə, "Dalğa Arena"da keçirilən cavab matçını izləyənlər arasında millimizin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov da olub. Təcrübəli futbolçu qarşılaşmadan sonra jurnalistlərə müsahibə verib:

- Oyun barədə fikirləriniz?

- “Zirə” yaxşı təir bağışladı, çoxlu şanları da oldu. Amma son vuruşlarda daha dəqiq oynamaq lazım idi. Belə olan halda mərhələni də adlamaq mümkün olardı.

- "Samtredia" ilə ilk oyunda zədə almışdınız. Vəziyyətiniz necədir?

- 3-4 gündü fərqi məşq edirəm. Yavaş-yavaş hazır olandan sonra komanda ilə birgə çalışacam.

- “Şerif”lə oyunda oynamaq ehtimalınız var?

- Dəqiq bilinmir.

- Bəs ÇL-nin III mərhələsində “Qarabağ”ın rəqibi olacaq “Şerif” haqda nə söyləyə bilərsiz?

- Təcrübəli komandadırlar, hamımız rəqibi yaxşı tanıyırıq. Onlar neçə ildir ki, avrokuboklarda çıxış edirlər. Fikrimcə, bir-birinə oxşar komandalar qarşılaşacaq. Gərgin və maraqlı mübarizə olacaq.

- ÇL-nin pley-off mərhələsinə çıxmaq üçün “Şerif”i münasib rəqib saymaq olar?

- Hər şey rəqiblə ölçülmür. Oyuna görə götürsək, ötən mövsüm “Viktoriya” ən ideal rəqib idi. Amma nə qədər etsək də, rəqib qapısına yol tapa bilmədik. Güclü rəqiblər düşəndə, biz fikirləşə bilmərik ki, artıq mübarizəni başa vuracağıq. Sona qədər oynayırıq. Həmçinin, qarşımızdakı rəqib də bu cür yanaşır. Biz zəif və ya güclü rəqib anlayışı ilə oyuna çıxmırıq. Onların da güclü cəhətləri var. İkinci oyun səfərdə olacaq və düşünürəm ki, cütün taleyi Moldovada həll olunacaq.

- “Qarabağ” “Samtredia”nı asan keçsə də, oyun planında probleməli olduğu hiss olunurdu. Bəlkə gücünüzü gizlədirdiniz?

- Xeyr, heç kimdən heç nə gizlətmirik. Əlimizdən gələni etdik. Düşünürəm ki, mövsümün ilk oyunları belə olur. Ötən mövsüm də “Düdelanj”la oyunlar ağır keçmişdi. Ümid edirəm ki, qarşıdakı oyunda daha yaxşı formada olacağıq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right