Millimiz Qazaxıstanla qarşılaşacaq

Qadınlardan ibarət Azərbaycan milli komandası Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək. 

Newsport.az-ın məlumatına görə, iyulun 26-da və 29-da keçiriləcək görüşlər “Dalğa Arena”da olacaq. 

Hər iki oyun saat 19:00-da başlayacaq. Qarşılaşmalara hazırlıq məqsədilə bu gündən etibarən Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb.
 
Toplanışda 24 futbolçu iştirak edir: Günay İsmayılova, Rövşanə Sərdarlı, Susən Mənsimzadə  (hamısı “Fidan”), Aytac Şərifova, Kristina Bakarandze (hər ikisi “Okjetpes “, Qazaxıstan), Nigar Abdulova, Kamilla Məmmədova, Vüsalə Hacıyeva, Roza Quliyeva, Həqiqət Qasımova (hamısı “Təhsil”), Ayşən Əhmədova, Vüsalə Seyfətdinova (hər ikisi “Sumqayıt”), Aysun Əliyeva (“Samsunspor”, Türkiyə), Manə Mollayeva (“Kubanochka”, Rusiya), Cəmilə Hüseynova (“Məşəl”), Firəngiz Teymurova, Bozdağ Peritan (hər ikisi “Konakbelediyyespor”, Türkiyə), Güləmbər Qasımova (“Qəbələ”), Sevinc Cəfərzadə (“Rossiyanka”, Rusiya), Natalya     Rodelgo (“Atletiko”, Madrid, İspaniya), Jalə Məhsimova (klubsuz), Merve Özdemir (“Ayntraxt”, Almaniya), Nigar Mirzəliyeva (“Mingəçevir”), Öznur Taş (“Antalyaspor”, Türkiyə).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right