"Qarabağ"dan bilet satışıyla bağlı bir ilk

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Şerif” qarşılaşmasının biletləri sabahdan etibarən satışa çıxarılacaq.

Newsport.az-ın xəbərinə görə, qarşılaşmaya böyük marağı nəzərə alan Ağdam klubu azarkeşlərin qısa zamanda asanlıqla biletlərini əldə etməsini düşünərək daha bir ilkə imza atıb.

Rəqibin dünən məlum olduğuna görə və sözügedən matçın cəmi 5 gün sonra keçiriləcəyini nəzərə alan “Qarabağ” qabaqlayıcı tədbirlər görüb. “Şerif”lə matçın biletlərinin üzərində rəqib komandanın adı və loqosu yer almayıb. Bunun da əsas səbəbi bilet satışının daha erkən başlanması və azarkeşlərin çətinliklərlə üzləşmədən biletləri əldə etməsinə şərait yaratmaq olub.

Bu təcrübədən Avropanın bir çox klublarında da istifadə olunur və “Qarabağ” bu sistemdən istifadə etməklə Azərbaycanda bir ilki reallaşdıracaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right