"Qarabağ" - "Şerif" oyunu üçün biletlər satışı çıxır

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Şerif" (Moldova) matçının biletləri satışa çıxır.

Newsport.az-ın Ağdam klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər sabah - iyulun 21-i saat 12:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər.


Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-dir.

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN

11 və 18 nömrəli sektorlar – 3 AZN

12,13, 29, 38 və 14-17 nömrəli sektorlar - 5AZN

VİP - 50 AZN

Qeyd edək ki, iyulun 25-də keçiri"Qarabağ" – “Şerif" matçı saat 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right