"Qarabağ" başladı

Çempionlar Liqasının II təsnifat mərhələsində “Samtredia”nı mübarizədən kənarlaşdıran “Qarabağ" növbəti mərhələnin hazırlıqlarına başlayıb.

Newsport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi dünən ilk məşqə çıxıb.
 
Baş məşqçi Qurban Qurbanov komandaya öz bazalarında məşq keçib. “Samtredia” ilə matçda meydanda olan futbolçular bərpa məşqi ilə kifayətləniblər. Digər oyunçular isə əvəzedici heyətlə ikitərəfli oyun keçirib.
 
Qeyd edək ki, “Qarabağ”ın III təsnifat mərhələsindəki rəqibi Moldova çempionu “Şerif” olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right