Svanadze: "Layiqli nəticə uğrunda çalışacağıq "

“İnter” sabah UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Lüksemburqda “Fola”nın qonağı olacaq. 

Newsport.az-ın məlumatına görə, Lüksemburqda “İnter”in baş məşqçisi Zaur Svanadzenin iştirakı ilə oyunöncəsi mətbuat konfransı keçirilməyib. 

Bu səbəbdən də gürcü mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini qısaca olaraq klubun mətbuat xidmətinə açıqlayıb:

“Sabah bizi çətin oyun gözləyir. Layiqli nəticə uğrunda çalışacağıq. Uşaqlar qarşılaşmaya ciddi hazırlaşırlar. Heyətdə zədəlimiz yoxdur. Azarkeşlərimizi sevindirməyə çalışacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right