Quti: “Qəbələ” hücum potensialı olduqca yüksək olan komandadır"

"Yagelloniya"nın futbolçusu Quti Avropa Liqasının ikinci təsnifat mərhələsində "Qəbələ" ilə cavab oyunu öncəsi klubun saytına açıqlama verib.

 

Newsport.az xəbər verir ki, 25 yaşlı müdafiəçi şansları bərabər hesab edir: "Hər iki komandanın növbəti mərhələyə yüksəlmək şansı bərabərdir. Ancaq biz doğma azarkeşlərimiz önündə oynayacağıq. Çətin matç olacaq. Lakin öz meydanımızda güclü oluruq. Azarkeşlərin dəstəyinə ehtiyacımız var. Olduqca vacib oyundur. İnanıram ki, tribunalar tam dolu olacaq və yaxşı oyun sərgiləyərək, növbəti mərhələyə vəsiqə qazanacağıq".

 

Braziliyalı futbolçu "Qəbələ"ni mükəmməl komanda adlandırıb: “Qəbələ” hücum potensialı olduqca yüksək olan komandadır. Azərbaycan klubu möhkəmdir. Buna görə diqqətli olmalıyıq. Taktiki cəhətdən yaxşı iş görməliyik. Qol vurmağımız əla olar. Ancaq ən önəmlisi qol buraxmamaqdır. Çünki qapının toxunulmazlığını qoruya bilsək, üçüncü mərhələyə yüksələcəyik. Meydana çıxıb azarkeşlər üçün mübarizə aparmalı və yaxşı oyunla hədəfə çatmalıyıq". 

 

Quti qol buraxmamağa çalışacaqlarını deyib: “Bu, bizim üçün xüsusilə vacibdir. Növbəti mərhələyə yüksəlib-yüksəlməmək özümüzdən asılıdır. İlk matçda “Qəbələ”ni təəccübləndirə bildik. Onlar bizim ilk dəqiqələrdən qələbə qazanmaq üçün mübarizə aparacağımızı gözləmirdilər. İlk dəqiqələrdən niyyətimizi ortaya qoyduq. Rəqib hazır deyildi".

 

Müdafiəçi III mərhələdəki "Panatinaikos"u deyil, yalnız "Qəbələ"ni düşündüklərini söyləyib: "Bizi başqa heç nə maraqlandırmır. “Qəbələ” səddini keçdikdən sonra “Panatinaikos” haqda düşünmək olar. Bütün diqqətimiz 100 faiz “Qəbələ” ilə cavab matçına yönəlib".

 

Qeyd edək ki, "Yagelloniya" - "Qəbələ" cütünün qalibi növbəti mərhələdə Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right