"Qarabağ" "Palermo"dan futbolçu alır?

Çempionlar Liqasında mübarizəni davam etdirən "Qarabağ" transfer fəaliyyətini davam etdirir.

 

Newsport.az xəbər verir ki, Ağdam təmsilçisi İtaliyanın "Palermo" klubunun futbolçusu Karluş Embalo ilə maraqlanır. Bu barədə "Sport İtalia" nəşri məlumat yayıb. 23 yaşlı hücumameyilli futbolçu üçün "Qarabağ" sicilyalılara təklif də göndərib.

 

Qvineya-Bisaulu futbolçu ilə İtaliyanın digər klubu "Peskara" da maraqlanır.

 

Qeyd edək ki, Karlos Embalo ötən mövsüm A Seriyasında 12 oyunda forma geyinib. "Palermo" isə B Seriyasına düşüb. Bu səbəbdən "Qarabağ"ın cəlbedici təklifinə müsbət cavab veriləcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right