Navaloviski də "Neftçi"dən getdi

“Neftçi”nin futbolçusu Georgi Navalovski komandadan ayrılmaq qərarı verib. 

Newsport.az xəbər verir ki, bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Əfsərli bildirib.

Onun sözlərinə görə, Rusiya Premyer Liqa təmsilçisi “SKA-Xaborovski” klubundan təklif alan gürcüstanlı müdafiəçi “Neftçi”dən ayrılacaq. Sabah Navalovkinin müqaviləsinə xitam veriləcək.

Qeyd edək ki, 31 yaşlı futbolçu ötən ilin dekabrında Yunanıstanın "Veriya" klubundan “Neftçi”yə keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right