"Samtredia"nın kapitanı: "Qarabağ" bizdən güclüdür"

"Təəssüf ki, bu gün məğlub olduq. İlk növbədə, azarkeşlərimiz üçün qələbə qazanmaq istəyirdik. Amma alınmadı.  Çoxlu qol imkanlarımız da oldu. Ola bilsin, bəxtimiz də gətirmədi".

Newsport.az xəbər verir ki, bu sözləri "Samtredia"nın kapitanı Georgi Datunaişvili Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə müsahibəsində deyib.32 yaşlı oyunçunun  komandasının potensialının yüksək olduğunu bildirib: "Qarabağ" güclü komandadır. Erkən qol şanslarından və çoxsaylı imkanlardan yararlana bilmədik. Bununla belə, hesab edirəm ki, "Qarabağ" bizdən güclüdür və rəqibi mərhələ adlaması münasibətilə təbrik edirəm".

Qeyd edək ki, "Qarabağ" iki oyunun nəticəsinə əsasən (5:0, 1:0) növbəti mərhələyə yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right