"Bunu bütün oyunçulara tövsiyə edərdim" Qara Qarayev

Çempionlar Liqasının III təsnifat mərhələsində "Samtredia" - "Qarabağ" matçından (1:0) sonra Ağdam klubunun yarımmüdafiəçisi Qara Qarayev Newsport.az-ın Gürcüstana ezam olunmuş əməkdaşına müsahibə verib.
 
 
- Səfərdə ağır olacağını bilirdik. Qalib gəlmək istəyirdik. Reytinq üçün önəmli idi. Danışılası çox şey yoxdu. “Samtredia”dan çox şeyi örnək götürdüm. Onların aqressiyası və məğlub olmaq istəməmələri futbol adına gözəl idi. Azərbaycan xalqını və “Qarabağ” azarkeşlərini təbrik edirəm.
 
- “Samtredia”nı asan şəkildə keçmək III mərhələdə sizi arxayın etməyəcək?
- Öz adımdan danışacam. Ciddi və diqqətli olacağımız bir mərhələyə keçirik. Hər addımımız bizi böyük uğurlara apara bilər. Mən şəxsən növbəti oyuna başdan başlamış kimi baxacam. Bütün futbolçulara bunu tövsiyə edirəm.
 
- Neçə ildir ki, avrokuboklarda oynayırsan. III mərhələdəki potensial rəqibiniz məlum olduqdan sonra düşünmədin ki, asan rəqib düşüb?
- Mənim düşüncəm qarmaqarışıqdır. Bəzi insanların ola bilər ki, “Şerif” və “Kukesi” haqda az məlumata malik olsun. Potensial rəqiblərimizi bizdən zəif hesab edirlər. Ancaq mən belə fikirləşmirəm. Biz də əvvəlki illərdə özümüzdən güclü görünən “Tvente” kimi klubları məğlub edib qrupa düşmüşük. “Şerif” – “Kukesi” cütünün qalibi ilə qarşılaşmalar bizim üçün ən çətin oyunlardan biri olacaq. Çünki hamı bizi üstün görür.
 
- İkinci hissədə müdafiədə boşluqlar oldu...
- Həqiqətən də boşluqlar oldu. Normaldı, rəqib öz meydanında oynayırdı. Təzyiq edirlər ki, qol vəziyyəti yaratsınlar. Şükürlər olsun ki, qalib gəldik.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right