"Ağır oyunlarımdan biri oldu" Maksim Medvedev

Çempionlar Liqasının III təsnifat mərhələsində "Samtredia" - "Qarabağ" matçından (1:0) sonra Ağdam klubunun müdafiəçisi Maksim Medvedev Newsport.az-ın Gürcüstana ezam olunmuş əməkdaşına müsahibə verib.
 

 
 
- Ağır oyunlarımdan biri oldu. Dünən məşq zamanı hava belə isti deyildi. Ancaq oyun zamanı hava çox isti idi. Bəzi şeylər alınmırdı. Hava da bizi boğurdu. Tez yorulurduq. Oyunumuz alınmasa da, hücumlar təşkil edirdik. Buna baxmayaraq nə qədər mehriban bir komanda olduğumuzu ortaya qoya bildik. Şükürlər olsun ki çətin görüşü qələbə ilə başa vurduq.
 
- İkinci hissədə müdafiədə boşluqlar oldu. Bu arxayınçılıqdan irəli gəlirdi?
- Boş buraxmadıq. 4 müdafiəçi və Qara Qarayev 90 dəqiqə oynadıq. Oyunun son 10 dəqiqəsində gücümüz qurtarmışdı, açıq futbol gedirdi. Rəqib də qol vurmağa çalışırdı. Amma yenə də qol buraxmadıq.
 
- Yakub Jejniçakla anlaşa bilirsiz?
- Kuba yaxşı insandır. Problem yoxdur. Çalışırıq ki, kollektivə tez uyğunlaşsın. Öz mehribanlığımızı nümayiş etdiririk. Özü də çox peşəkar futbolçudur. Məşqlərdə çox çalışır. Hiss olunur ki, tez uyğunlaşacaq.
 
- “Qarabağ”ın ötən illərlə müqayisədə rəqibləri daha asan düşür. Növbəti mərhələdə “Şerif” – “Kukesi” cütünün qalibi ilə qarşılaşacaqız. Bu haqda nə deyə bilərsiz?
- “Şerif”i görünür ki, daha iddialıdır. İnandırcı görünən odur ki, “Şerif” rəqibimiz olacaq.
 
- “Kukesi”nin də şansları var. Ansi Aqolli ölkəsinin komandası haqda məlumat verib?
- Əlbəttə, Ansi ilə eyni otaqda qalıram. O da mənə dedi ki, “Şerif” daha güclüdür və “Kukesi” çətin mərhələ adlasın.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right