"Bir azarkeş kimi gözüm həmişə Rəşadı axtarır" - Əmrah Çəlikəl

Çempionlar Liqasının III təsnifat mərhələsində "Samtredia" - "Qarabağ" matçından (1:0) sonra Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl Newsport.az-ın Gürcüstana ezam olunmuş əməkdaşına müsahibə verib.
 
 
- Hansı hisslərlə Tiflisdən ayrılırsınız?
- Gözəl hisslərdi. 1:0 hesablıq qələbə də bizim üçün yaxşı nəticədir. Növbəti mərhələyə yüksək əhval-ruhiyyədə hazırlaşacağıq. Rəqibimizin adına isə sabah aydınlıq gələcək.
 
- “Kukesi” – “Şerif” cütlüyündən hansı münasib rəqibdir?
- Fərqi yoxdur. Bir çoxları “Şerif”i gözləyir. Çünki ilk oyunda 1:0 hesabı ilə qalib gəliblər. Ancaq cütün taleyinə 90 dəqiqədən sonra aydınlıq gələcək. “Kukesi”nin də şansı var.
 
- “Qarabağ”ın III mərhələdə rəqibinin münasib olduğu fikirləri ilə razısınızmı?
- Xeyr, razı deyiləm. Bu mərhələdə ölkələrin çempionları çıxış edir. Əgər bir komanda çempion olubsa, deməli gücü var. Rəqibə yuxarıdan aşağı baxmaq düzgün deyil. Bu heç birimizə xeyir vermək. Zəif rəqib anlayışı motivasiyamıza daha da ziyan vurur. 
 
- Amma gəlin razılaşaq ki, ötən illərə baxanda “Qarabağ”ın rəqibləri bu il keçiləsidir...
- Əgər belə bir fakt varsa, bizi ancaq sevindirə bilər. Amma bu 100 faiz mərhələ keçəcəyimiz anlamına gəlməməlidir.
 
- Nikaraqua millisinin kapitanı Xose Barreanın adı “Qarabağ”la hallanır...
- Hazırda danışıq apardığımız futbolçu yoxdur.  Biz nikaraqualı oyunçu ilə danışıq aparmamışıq.
 
- Yeni transferlərin oyunu haqda nə söyləyə bilərsiz?
- Bu barədə heç bir söz deyə bilmərəm. İnşallah Qurban müəllim razı qalar.
 
- Rəşad Sadıqovun yeri görünürdü?
- Sizi deyə bilmərəm, bir azarkeş kimi gözüm həmişə Rəşadı axtarır. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right