"Panatinaikos"a qədər "Qəbələ"ni keçməliyik"

Polşanın "Yagelloniya" klubunun kapitanı Rafal Qjıb Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçiriləcək cavab matçı öncəsi fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Zədələnməyim fiziki hazırlığıma mane olsa da, zehni sakitlik tapmağa kömək etdi. Bu səbəbdən “Qəbələ” ilə Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununu da buraxmalı oldum. Artıq problemləri arxada qoymuşam. Cavab görüşündə meydana çıxıb-çıxmayacağımı bilmirəm. Növbəti mərhələdəki potensial rəqibimiz “Panatinaikos” bir neçə il əvvəlki gücdə deyil. Yunanıstan klublarının problemlərini bilirik. Amma buna baxmayaraq, “Panatinaikos” yenə də güclü rəqibdi. Biz isə bunadək “Qəbələ”ni də keçməliyik. İlk görüşdə yaxşı nəticə əldə etmişdik. Lakin rəqib də mərhələ keçməyə iddialıdı. Bizi ağır cavab oyunu gözləyir. İlk növbədə qol buraxmamalı və sonra nə isə etməyə çalışmalıyıq. Avrokuboklarda heç də həmişə iştirak etmirik və bu üzdən hər matçımıza önəm verməliyik”.

Qeyd edək ki, “Yagelloniya” - "Qəbələ" görüşü iyulun 20-də Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right