"Qəbələ"nin Polşada növbəti məşqi FOTOLAR

 

Avropa Liqasının II təsnifat mərhələsində Polşanın “Yagelloniya” klubu ilə qarşılaşan “Qəbələ” iyulun 20-də keçiriləcək cavab oyununun hazırlığını davam etdirir.

Newsport.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Polşanın paytaxtı Varşavada hazırlıq keçən “qırmızı-qaralar” iyulun 17-də növbəti məşqini gerçəkləşdirib.

Komanda günün ikinci yarısında hazırlıq keçib. Məşq prosesi yerli “Drukarz” klubunun stadionunda baş tutub. “Qırmızı-qaralar” toplu və topsuz çalışmaları yerinə yetiriblər.

























Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right