Əliyar Ağayev Çempionlar Liqasına təyinat aldı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Çempionlar Liqası matçına təyinat alıb.

Newsport.az saytının məlumatına görə, gənc hakimimz ÇL-nin II təsnifat mərhələsinin cavab matçını – “Rosenborq” (Norveç) – “Dandalk” (İrlandiya) oyununu idarə edəcək. Yan xətt hakimləri  Zeynal Zeynalov və Rza Məmmədov, 4-cü hakim Orxan Məmmədov olacaq.
 
Görüşün UEFA nümayəndəsi isveçli Kristel Brorson, hakim inspektoru isə ingilis Peter Cons təyin edilib. (qol.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right