“İnter”ə heç kim “İnter Arena””dan çıxın deməyib: Köç nə vaxta planlaşdırılır?

Məlum hadisələrdən sonra ölkənin ən sabit komandalarından  olan “İnter”də durum pisləşdi. Cahangir Hacıyevin Beynəlxalq Bankdan göndərilməsi “İnter”in belini qırdı.

Düzdür “İnter”in qazandığı nəticələrdə elə bir ciddi geriləmə olmadı. Amma bütün olanlarla ciddi maliyyə böhranı fonunda həyata keçirildi. Elə indi də futbolçular və işçilər maaşlarını vaxtı vaxtında ala bilmirlər.

Klubun artıq bazasına çevrilmiş “İnter Arena”dan göndərilməsi isə başqa bir zərbə oldu. Məlumat yayılmışdı ki, “İnter”ə iyulun 20-dək “İnter Arena”nı tərk etmək göstərişi verilib. Amma bu informasiya həqiqətə uyğun deyil.  Belə ki,  klub qarşısına bazanı tərk etmək üçün konkret zaman qoyulmayıb. Lakin “İnter” üzərinə düşən öhdəlikləri başa düşür. Hazırda Avropa Liqasında çıxış edən “İnter” çempionatın startına qədər “Dalğa Arena”ya yerləşəcək və oyunlarını Mərdəkanda keçirəcək.  

Klubun əvəzedici heyəti oyunlara hansı areada çıxacaq? “İnter” artıq bu məsələni də müzakirə edib.

Newsport.az saytının məlumatına görə, əvəzedici  heyət də qonaqlarını “Dalğa Arena”da gerçəkləşdirəcək

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right