"Sumqayıt"ın ilk sınağı "Osmanlıspor"a qarşı olacaq

 Türkiyənin Bolu bölgəsində hazırlığını davam etdirən "Sumqayıt" bu günü iki məşq əsnasında başa vuracaq.

Newsport.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi Samir Abasovun rəhbərliyi altında artıq səhər məşqini keçirib. Daha çox toplu çalışmalara üstünlük verən komanda bəzi taktiki gedişlər üzərində də işləyib.

"Sumqayıt"ın axşam məşqi yerli saatla 18:30-da olacaq.

Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama görüşünü 17 iyul tarixində Super Liqa təmsilçisi “Osmanlıspor”a qarşı keçirəcək. Qızılcahamam bölgəsində yerləşən Patalya Thermal Resort Hotelinin stadionunda baş tutacaq qarşılaşma yerli vaxtla saat 18:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right