"Qarabağ" kapitansız qaldı

Çempionlar Liqasının 2-ci təsnifar mərhələsinin “Samtredia”ya qarşı ilk matçında zədələnən “Qarabağ”ın kapitanı Rəşad Sadıqov cavab qarşılaşmasını buraxacaq.

Newsport.az məlumat verir ki, bu haqda Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. 35 yaşlı müdafiəçinin zədədən sonra 7-10 gün  yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Rəşad cavab oyununu buraxsa da, bu gün axşam komandası ilə birgə Tiflisə gedəcək.

Xatırladaq ki, “Samtredia” – “Qarabağ” görüşü iyulun 18-də keçiriləcək. Bu komandaların Bakıdakı ilk oyununda Ağdam klubu 5:0 hesabı ilə qalib gəlib

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right