“Sumqayıt” Boluda ilk məşqinə çıxıb

“Sumqayıt” klubu bu gündən etibarən Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışına start verib. 

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda axşam saatlarında qonşu ölkədə ilk məşqinə çıxıb. 

Məşqin əvvəlində daha çox toplu hərəkətlərə üstünlük verən komanda fiziki hazırlıq üzərində çalışaraq ilk günün hazırlığını yekunlaşdırıb. "Sumqayıt" sabah Boluda 2 məşqə çıxacaq. 

Qeyd edək ki, təmsilçimiz ilk yoxlama görüşünü 17 iyul tarixində Superliqa təmsilçisi “Osmanlıspor”a qarşı keçirəcək. Qızılcahamam bölgəsində yerləşən Patalya Thermal Resort Hotelinin stadionunda baş tutacaq qarşılaşma yerli vaxtla saat 18:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right