"Səbail"in oyunu təxirə salındı

İyulun 10-dan etibarən Türkiyənin Kartepe bölgəsində toplanışda olan “Səbail” hazırlığını davam etdirir.

Newsport.az-ın məlumatına görə, komandanın ötən günə yoxlama oyunu planlaşdırılsa da, matç baş tutmayıb. Belə ki, hazırlıq prosesi çərçivəsində "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) klubu ilə keçirilməli olan yoldaşlıq oyunu təxirə salınıb. Buna səbəb isə əlverişsiz hava şəraiti olub. 

Qeyd edək ki, “Səbail” ilk yoxlama oyununda Omanın U-23 yığması ilə qarşılaşıb, matçda hesab açılmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right