Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib FOTOLAR

AFFA-nın təşkilatçılığı ilə "Dalğa Arena"da idman mediasının nümayəndələri üçün Milli Mətbuat Gününə həsr olunmuş "Media Futbol Festivalı" adlı tədbir keçirilib.

Newsport.az-ın məlumatına görəKİV təmsilçiləri və AFFA əməkdaşlarının iştirakı ilə 4 oyundan ibarət mini-turnir təşkil olunub. Oyunlar başa çatdıqdan sonra tədbir iştirakçıları üçün ziyafət verilib. AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib. Sonra Media Komitəsinin elan etdiyi nominasiyalar üzrə qaliblər elan olunub. 

Daha sonra AFFA yanında Media Komitəsinin müxtəlif nominasiyalar üzrə qalib elan etdiyi jurnalistlər mükafatlandırılıblar. 

 
İlin fotoqrafı - Hicran Babayev
İlin mətbuat katibi - Səbuhi Məmmədov ("İnter")
İlin teleşərhçisi - Ramiz Mirzəzadə ("İdman Azərbaycan")
İlin idman yazarı - Elşən Məmmədov ( Sportnet.az )
İlin reportyoru - Elnur Həmidov (komanda.az)
İlin ən yaöshi layihə icraçısı - Sportline.az (Tural Xudiyev)
İlin ahil jurnalisti - Məzahir Süleymanzadə 
 
Nominantlar çıxışlarında idman mediasının inkişafına verdikləri dəstək qarşılığında AFFA-ya və Media Komitəsinə minnətdarlıqlarını bildiriblər. ğ
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right