"Kəpəz" yeni transferini Türkiyəyə aparmadı

"Kəpəz"in yeni transferi Tural Cəlilov zədələnib.

Newsport.az-ın məlumatına görə, müdafiəçi komandanın fitnes məşqində xəsarət aldığı üçün Türkiyəyə təlim-məşq toplanışına aparılmayıb. Tibbi müayinə zamanı Cəlilova sol dizin medial kollateral bağının birinci dərəcəli gərilməsi diaqnozu qoyulub.

Klubun tibbi personalından verilən məlumata görə, hazırda futbolçu özünü yaxşı hiss edir və zədəsi ciddi deyil. Tural Cəlilov 10 gün müddətində həkim nəzarəti altında olacaq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right