"Xəzər Lənkəran"ın sabiq futbolçusu "Neftçi"yə lazım olmadı

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev baxışa dəvət etdiyi futbolçu İlqar Ələkbərovla bağlı yekun qərar verib. 

Newsport.az saytının məlumatına görə, mütəxəssis son olaraq AZAL-da çıxış edən yarımmüdafiəçininin hazırlıq durumunu bəyənməyib. Ələkbərov "Kəpəz"lə yoxlama oyunundan sonra "ağ-qaralar"ın sıralarını tərk edib.

Qeyd edək ki, İlqar Ələkbərov karyerası ərzində "İnter" və hazırda əsas komandası fəaliyyət göstərməyən "Xəzər Lənkəran"da çıxış edib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right