Qriqorçuk: “Qəbələ”də yaşadığım çətinliyi heç yerdə görməmişəm"

“Demək olar ki, oyunumuza tam hazırıq”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

“Qırmızı-qaralar” Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında Polşanın “Yagelloniya” klubunu qəbul edəcək.

Oyundan bir gün öncə keçirilən mətbuat konfransında ukraynalı mütəxəssis fikirlərini bildirib: “Bütün futbolçular ilk gündən məşqlərdə iştirak ediblər. İnanıram ki, onların hər biri sabahkı oyuna hazırdı. Amma yeni transferlər haqda bu sözləri deyə bilməyəcəm. Çünki yeni oyunçularımız istənilən səviyyədə hazır deyillər”.

- Rəqibin baş məşqçisi bildirib ki, “Qəbələ” yeni oyunçularına şans versə, sevinəcəklər. O, yeni futbolçuların komandaya uyğunlaşması baxımından bu sözləri deyib. Siz komandanızın hansı vəziyyətdə olduğunu düşünürsünüz?

- Rəqibin baş məşqçisini sevindirmək üçün əlimizdən gələni edəcəyik (gülür).

- Avrokuboklar öncəsi komandanızda bir çox dəyişikliklər olur. Yəqin ki, siz də bunu istəməzdiniz...

-  Artıq 3 ildi ki, bizdə eyni hal yaşanır. Ümumilikdə, bu barədə çox danışmaq istəmirəm. Əlbəttə, mən istəməzdim ki, belə olsun. Amma bu vəziyyətlə barışmalıyıq. Komandamızdan gedən oyunçuların yerini doldurmuşuq.  Yeni oyunçularımız yaxşı hazırlaşırlar və demək olar ki, komandaya uyğunlaşmaq üzrədirlər.

- Rəqibin oyununu yəqin ki, analiz etmisiniz. İşinizin çətin olacağını düşünmürsünüz?

- Rəqibin öz oyun sistemi var. Komanda bizdən fərli olaraq, heyətində çox dəyişikliklər etməyib. Hətta onlar Polşada çempion olmağa yaxın olublar. Bir sözlə, rəqibimiz zəif deyil. Diqqətli olmalı və öz oyunumuzu ortaya qoymalıyıq.

- Yeni transferlər haqda nə deyə bilərsiniz? Onların komandanı tərk edən futbolçulardan fərqi nədədir?

- Yeni oyunçuları özümüz seçmişik. Onları transfer etdiyimiz üçün çox sevinirik. Amma futbolçular arasında müqayisə etmək istəmirəm. Onu deyə bilərəm ki, “Qəbələ”də bizdə hər şey çətin alınır. “Qəbələ”də yaşadığım çətinliyi heç yerdə görməmişəm. Ancaq bu qədər çətinlikdən sonra ciddi uğur qazanmaq insana yaxşı təsir edir. 

- Həyətə bir neçə futbolçu transfer etmisiniz. Transferlər edən zaman çempionatdakı legioner limitini nəzərə almısınız?

- Əlbəttə, çempionat haqda düşünmüşük. Amma belə olanda futbolçular arasında rəqabət çox olur. Rəqabət nə qədər çox olsa, komanda o qədər də güclü olur.

- Qurban Qurbanov mətbuata açıqlamasında legioner seçmək baxımından çətinlik çəkdiyini bildirmişdi. Yəni legioner futbolçular Azərbaycana gəlməkdən imtina edirlər.  Maraqlıdır, əyalət klubu olan “Qəbələ” bu qədər legioneri necə heyətinə qatır?

- Qurban Qurbanovu çox yaxşı başa düşürəm. Bizdə də bu problemlər olurdu. Biz futbolçularımıza söz vermişik ki, Bakıda daha çox olacağıq. Elə futbolçu olur ki, futbolçu Avropa klubundan 10 manatlıq təklif alır. Biz məcburuq ki, ona 20 manat verək və ölkəmizə gətirə bilək.

- Bəllidir ki, futbol ictimaiyyəti, azarkeşlər “Qəbələ”dən böyük nəticə gözləyir. Maraqlıdır, bu heyət hədəfə çatmaq üçün sizə yetərli olacaq?

- Bizim əsas məqsədimiz sabahkı oyun üçündü. Mərhələ keçə bilsək, yeni oyunçu axtarışına çıxacağıq. Amma bu gün üçün əsas məqsədimiz sabahkı oyundur. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right