Azərbaycan UEFA-nın reytinqində irəlilədi

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

 

Newsport.az xəbər verir ki, ÇL-nin II təsnifat mərhələsinin ilk oyunlarından sonra siyahıda müəyyən dəyişiklik baş verib. 

 

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın Gürcüstanın “Samtredia” klubuna 5:0 hesabı ilə qalib gəlməsi ölkəmizə 0.250 xal qazandırıb. Bununla da cari mövsüm toplanan xalımız 1,250-yə çatıb.

 

Son 5 mövsümün nəticələrinə görə 16,000 xalı olan Azərbaycan iki pillə irəliləyərək 21-ci yerə yüksəlib. Bolqarıstan və Belarusla eyni xala malik olan ölkəmiz əlavə göstəricilərdə onları qabaqlayıb. Azərbaycandan 1 pillə irəlidə irəlidə olan İsrailin 17,125 xalı var. 

 

Qeyd edək ki, təmsilçilərimiz bu mövsüm avrokuboklarda 5 oyunun hamısında qalib gəliblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right