"Belə hesab qeydə alınacağını gözləmirdik" Jikia

"Belə hesab qeydə alınacağını gözləmirdik. Məğlubiyyətə özümüz cavabdehik".

 

Newsport.az xəbər verir ki, bu sözləri "Samtredia"nın futbolçusu Davit Jikia deyib. Gürtcüstan klubu Çempionlar Liqasının II təsniaft mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Qarabağ"a məğlub olub - 5:0. Ölkəsinin mətbuatına açıqlama verən 22 yaşlı oyunçu fikirlərini bildirib. 

 

O bildirib ki, "Qarabağ" "Samtredia"dan səviyyəli komandadır: "Rəqibimizin səviyyəsi meydanda hiss olunurdu. "Qarabağ" bir neçə ildi Avropa arenasında özünü ən yaxşı tərəfdən göstərməyi bacarır. Biz yaxşı oynamağa çalışçsaq da, bacarmadıq. Bütün məsuliyyəti öz üzərimizə götürürük. Belə səhvlər etməməliydik". 

 

"Cavab oyununda nə edə bilərik? Əlbəttə, etiraf etməliyik ki, hesab çox böyükdür. Çalışacağıq ki, fərqi aradan qaldıraq və layiqli oyun göstərək".

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də Tbilisidə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right