"Neftçi" "Kəpəz"ə məğlub oldu

"Neftçi” PFK təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.

Newsport.az saytının məlumatına görəElxan Abdullayevin komandası "Kəpəz” klubu ilə qarşılaşıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmuş görüş 0:2 hesablı məğlubiyyətlə nəticələnib.

"Neftçi”: Rəşad Əzizli, Georgi Navalovski, Pavel Dreksa, Kirilo Petrov, Məqsəd İsayev, Elçin Əsədov, Edson Kastilyo, Namik Ələskərov, Fəhmin Muradbəyli, Daniel Seqoviya, Uqo Barqas.

Meydana sonradan daxil olanlar: Maksim Vaylo, Anton Krivotsyuk, Rahil Məmmədov, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, İlqar Ələkbərov, Tərzin Cahangirov, İqnasio Errera, Rəhman Hacıyev, Elnur Cəfərov, Mirabdulla Abbasov.

Qeyd edək ki, "Neftçi” Bakı toplanışı çərçivəsində iyulun 15-də "Binə”, 19-da isə "Şüvəlan” klubu ilə qarşılaşacaq.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right