Şahin Diniyev: "Bu transferlərimiz ötən ilkilərdən yaxşı olacaqlar"

“Bu, baş məşqçi üçün çox məsuliyyətli bir işdi. Səhv etmək variantımız yoxdu. Heyətimizə cəlb etdiyimiz heç bir legionerlə bağlı səhv edə bilməzdik”.

Newsport.az-ın məlumatına görəbu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli çalışdırıcı komandaya cəlb etdikləri yeni legionerlər – Oseghale Viktor Lucky, Dialo Samba və Demidar Ferreyra haqda danşıb. Diniyevin fikrincə, yeni legionerlər ötən ilki əcnəbilərdən daha təcrübəlidirlər: “Yeni legionerlərin çıxışını iki ay izləmişəm. Belə deyək, videogörüntü ilə yox, futbolçuların tam oyununa baxmışam və onların üzərində dayanmışam. Açıq deyək, büdcəmiz o qədər deyil ki, istədiyimiz oyunçunu ala bilək. Özünüz də bilirsiniz ki, daha çox gənc futbolçulara üstünlük verirəm. Mənə bu gün doymuş, ulduz futbolçu yox, ac futbolçu lazımdır. Düşünürəm ki, bu il heyətə cəlb etdiyimiz futbolçular üzümüzü ağ edə biləcəklər. İnşallah, bu transferlərimiz ötən ilkilərdən yaxşı olacaqlar”.

Mütəxəssis heyətdəki gənc, yerli futbolçuların da oyun praktikalarını artıracaqlarına inanır: “Gəlin, faktları nəzər salaq. Bəzi futbolçular var ki, onları əvəzedici komandadan götürmüşdük və indi iddialı klublarda oynayırlar. Məsələn,  Budaq Nəsirov “Sumqayıt”da əsas heyətə düşə bilmirdi. Onu komandamıza götürdük və özünü sübut etməyi bacardı. Həmçinin də Şəhriyar Əliyevlə Tərlan Quliyev. Mənə elə gəlir ki, düzgün iş aparsaq, hər şey yaxşı olacaq. Bu gün yeni transferimiz Kamran Abdullazadənin fikirləri yaxşıdır. Amma hər şeyi asta-asta edir. İlyas Səfərzadənin bacarığı var, amma hər şeyi artıqlaması ilə edir. O, bunu sadə yolla etsə, daha yaxşı olar. Fikrimcə, toplanışlarımız çərçivəsində futbolçularla yaxşı iş görəcəyik və çempionata qədər tam hazır olacağıq”.  

Futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right