"Neftçi"nin 8 futbolçusu milliyə dəvət aldı

“Neftçi”nin oyunçuları 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə dəvət ediliblər.

Newsport.az saytının məlumatına görə, yığmamız bu gündən təlim-məşq toplanışına yığışacaq. Hazırlıq prosesinə paytaxt klubunun 8 üzvü cəlb edilib. Bunlar İsmayıl Zülfüqarlı, İlkin Əbiyev, İnqilab Ələkbərov, Murad Bağırov, Vüsal Əsgərov, Mehdi Tahirov, Abbas Abbasov və Nicat Məmmədovdu.

Qeyd edək ki, U-17 yığmamızın toplanışı iyulun 17-dək Bakıda, ayın 18-dən avqustun 2-dək isə Qaxda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right