"Xəzər Lənkəran"ın daha bir sabiq üzvü "Neftçi"nin düşərgəsində

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Neftçi" heyətini daha bir futbolçu ilə gücləndirməyə yaxındır. 

Newsport.az saytının məlumatına görə, bunadək Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Əzizli və Elnur Cəfərovla müqavilə imzalayan "ağ-qaralar" İlqar Ələkbərovu heyətinə qatmağa hazırlaşır.

Komandanın baş məşqçisi Elxan Abdullayev son mövsümü AZAL-ın heyətində keçirən yarımmüdafiəçini baxışdan keçirir. Əgər futbolçu məşqlərdə və yoxlama görüşlərində özünü yaxşı tərəfdən göstərə bilsə, onunla 1 illik müqavilə imzalanacaq. 

Qeyd edək ki, Ələkbərov karyerası ərzində "İnter" və "Xəzər Lənkəran" kimi komandalarda da top qovub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right