"Səbail"də qvineya bisaulu legioner

"Səbail" heyətinə daha bir futbolçu cəlb edib.

Newsport.az-ın məlumatına görə, Maudo Lamine Jarue yeni mövsümdən paytaxt təmsilçisində çıxış edəcək. Klubdan verilən məlumata görə, 19 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Qvineya bisaulu futbolçu son mövsümü Portuqaliyanın 1-ci liqa komandası "Jil Visente"də keçirib. İki ay sonra 20 yaşını qeyd edəcək futbolçu məhz bu klubun yetirməsidi. O, peşəkar karyerasında debüt matçını da 2016-cı ilin 6 avqustunda bu komandanın heyətində "Varzim"ə qarşı keçirib.

Bu gün Bakıya gələrək müqaviləyə qol çəkən Maudo Türkiyə toplanışına komanda ilə birlikdə yollanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right