"Sumqayıt"ın yunan klubunun sabiq üzvünü istəyir

"Sumqayıt" heyətini daha bir azərbaycanlı ilə gücləndirməyi planlaşdırır.
Newsport.az-ın məlumatına görə, "gənclik şəhəri" təmsilçisi Amit Quluzadəni komandaya dəvət edib. Samir Abasov Quluzadəni xidmətində görmək istəyir. Məhz bu səbəbdən klub Quluzadə ilə yenidən müqavilə imzalamaq fikrindədir. Ötən mövsümün ilk yarısını "Sumqayıt"da keçirmiş Amit Quluzadənin bu təklifə hansı cavabı verəcəyi bilinmir. 
 
Qeyd edək ki, Quluzadə ötən mövsümü Yunanıstan Superliqasında mübarizə aparan "Larissa" klubunda çıxış edib. 
 
Sportnet.az




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right