Aqil Nəbiyev: "Komanda hələ hazır deyil, çatışmazlıqlar çoxdu..."

“Komanda hələ hazır deyil, çatışmazlıqlar çoxdu. Amma bu, normaldır. Çünki cəmi 5 gündür ki, yığışmışıq".

Newsport.az-ın məlumatına görə, bu fikirləri "Şüvəlan"ın baş məşqçisi Aqil Nəbiyev klubunun rəsmi "Facebook" səhifəsinə açıqlamasında bildirib.

"Zirə"nin əvəzeidci heyətinə 5:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra danışan gənc mütəxəssis ilk 25 dəqiqədə daha çox müqavilə bağladıqları futbolçulara güvəndiklərini söyləyib: "Daha sonra isə baxışda olanları sınadım. Onlardan bəzilərini geri göndərdim. Yaxın günlərdə daha bir neçə fubolçunu heyətimizə qatmağı planlaşdırırıq. Çempionata yaxşı hazırlaşmaq üçün kifayət qədər vaxtımız var”.

Qeyd edək ki, “Şüvəlan” iyulun 13-də “Sumqayıt”ın əvəzedicilərdən ibarət komandası ilə yoxlama oyunu keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right