"Şüvəlan" qələbə ilə başladı FOTOLAR

I Divizionda yeni mövsümə hazırlaşan “Şüvəlan” klubu ilk yoxlama görüşünü keçirib. 

Newsport.az-ın məlumatına görə, AZAL Arenada keçirilən oyunda meydan sahiblərinin rəqibi “Zirə”nin əvəzedicilərdən ibarət komandası olub. Görüş “Şüvəlan”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarına Haqverdi Həsənov, Şahin Əliyev, Elvin Həsənəliyev, Vəzir Musayev və Mətin Əbilsoy imza atıb.

“Şüvəlan”ın baş məşqçisi Aqil Nəbiyev klubun rəsmi səhifəsinə oyunla bağlı fikirlərini bildirib:

“Komanda hələ hazır deyil, çatışmazlıqlar çoxdur. Amma bu, normaldır. Çünki cəmi 5 gündür ki, yığışmışıq. İlk 25 dəqiqədə daha çox müqavilə bağladığımız futbolçulara güvəndik. Daha sonra isə baxışda olanları sınadım. Onlardan bəzilərini geri göndərdim. Yaxın günlərdə daha bir neçə futbolçunu heyətimizə qatmağı planlaşdırırıq. Çempionata yaxşı hazırlaşmaq üçün kifayət qədər vaxtımız var”.  

Qeyd edək ki, “Şüvəlan” iyulun 13-də “Sumqayıt”ın əvəzedicilərdən ibarət komandası ilə yoxlama oyunu keçirəcək. 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right