"Neftçi"dən ayrılan futbolçu "Qarabağ"da

"Neftçi"dən ayrılan Elvin Bədəlovun yeni klubunun adı müəyyənləşib. 

Newsport.az-ın məlumatına görə, 22 yaşlı futbolçu Avstriyada çıxış edəcək. Belə ki, Elvin bu ölkədə azərbaycanlıların yaratdığı "Qarabağ" klubuna keçib. Daha öncə 21 yaşlılardan ibarət millimizin üzvü Dmitri Nağıyevlə güclənən Vyana təmsilçisi Bədəlovla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Zenit"in yetirməsi olan Elvin 2014-cü ildə "Neftçi"yə transfer olunub. O, paytaxt klubunun heyətində 59 rəsmi oyuna çıxıb və 1 qol vurub. O, U-17, U-19 və U-21 yığmalarımızda oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right