"Qəbələ"yə keçidindən danışdı: "II Bundesliqada oynamaq istəmirdim"

“II Bundesliqada oynamaq əla idi. Biz 30 min azarkeşin önündə meydana çıxırdıq. Orada həm fiziki, həm də zehni cəhətdən çox gücləndim. Ancaq “Nürnberq”də ardıcıl 4-cü mövsüm eyni çempionatda oynamaq istəmirdim”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin yeni trasnferi Deyv Bultuis deyib. 

Ökəsinin "Voetball Waterland" nəşrinə açıqlama verən futbolçu "Nürnberq"i tərk etməsi, "Qəbələ"yə keçidi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirib.

Bultuis bildirib ki, Almaniya klubunda qalmamasının əsas səbəbi orda potensial görməməsi olub: “Karyeramın bir yerində gələcəyimi düşünməliyəm. İrəli getməyin vaxtı gəlmişdi. Buna görə də müqavilə yeniləmədim”.

Hollandiyalı müdafiəçi niyə məhz "Qəbələ"ni seçdiyini də açıqlayıb: “Həyatımda yeni bir macəra açmaq istədim. “Qəbələ”nin Avropa Liqasındakı nəticələri qərarıma çox təsir etdi. Əlbəttə, maliyyə tərəfi də çox cəlbedici oldu. Həm ölkə daxilindən, həm də xaricdən çoxlu təkliflərim oldu, sonda “Qəbələ”ni seçməyə qərar verdim”. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right