"Qəbələ" Avstriya toplanışı qələbə ilə başa vurdu YENİLƏNİB

Avstriyanın Zalsburq bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıq prosesi çərçivəsində bu gün son yoxlama oyununa çıxıb. 

Newsport.az-ın məlumatına görə, Roman Qriqorçukun komandası Hollandiyanın “Utrext” klubu ilə üz-üzə gəlib. Matç "Qəbələ"nin minimal hesablı qələbəsi ilə başa çatıb.


Xatırladaq ki, "Qəbələ" bu oyunadək yerli “Fulpmes” (8:0), Rusiya “Axmat”ı (0:1), Avstriya “Vakker”i (0:1), Bolqarıstan təmsilçiləri MOİK (0:2) və “Ludoqorets” (0:2), Avstriya “Qrodiq”i (7:0), Kiyev “Dinamo”su ilə (1:2) görüşüb.

Yoxlama oyunu 

8 iyul

“Qəbələ” (Azərbaycan) - “Utrext” (Hollandiya) - 1:0
Qol: 
Famoussa Kone, 64 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right